İran yazıçısının romanı gürcü dilində nəşr olunub

İran yazıçısının romanı gürcü dilində nəşr olunub
# 21 dekabr 2016 12:55 (UTC +04:00)

Tiflisdə görkəmli İran yazıçısı, əslən azərbaycanlı Mahmud Dövlətabadinin “Polkovnik” romanı gürcü dilinə “Polkovnikin ölümü” adı ilə tərcümə edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabın təqdimat mərasimində çıxış edən romanın nəşr olunduğu “Dioqene” nəşriyyatının direktoru Tamar Lebanidze əsərdə toxunulan məsələlərdən danışıb. Romanın tərcüməçisi, universitetin iranşünaslıq kafedrasının assosiativ professoru Tea Şurqaya əsərin ədəbi məziyyətləri məlumat verib.

Qeyd olunub ki, roman ingilis, ərəb, alman, italyan, holland, ivrit, isveç və norveç dillərinə tərcümə edilib. Əsər fars dilində yazılıb və İranda nəşr olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR