İdman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

İdman mütəxəssisləri mükafatlandırılıb - <span style="color: red;">SİYAHI
# 21 dekabr 2016 15:21 (UTC +04:00)

Prezident İlham Əliyev idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Əzimov Abas Əzim oğlu və Məmmədyarov Qəhrəman Müslüm oğluna bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub.

Dövlət başçısı idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Allahverdiyev Tarverdi Əflan oğlu

Eyvazov Çingiz Abuzər oğlu

Əhədov Seymur Kamil oğlu

Feyzullayev Vaqif Səxavət oğlu

Krapivin Oleq Andreyeviç

Qurbanov Firudin Eyyub oğlu

Məmmədyarov Həmid Hilal oğlu

Salehli Bəhruz Qədir oğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR