Nigeriya ordusu 1800 nəfəri "Boko Haram"ın girovluğundan azad edib

Nigeriya ordusu 1800 nəfəri "Boko Haram"ın girovluğundan azad edib
# 22 dekabr 2016 01:24 (UTC +04:00)

Nigeriya ordusu ölkənin şimal-şərqində 1800 nəfəri "Boko Haram" silahlılarının girovluğundan azad edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 15-dən 21-dək keçirilib.

Ötən həftə hərbçilər Sambisa meşə massivində 600 nəfəri, noyabrda isə Çad gölünün cənub hissəsinə yaxın ərazilərində 85 nəfəri girovluqdan azad edib.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR