Musiqili Teatrda “Silva” operettasının premyerası keçiriləcək

Musiqili Teatrda “Silva” operettasının premyerası keçiriləcək
# 22 dekabr 2016 14:05 (UTC +04:00)

Azərbaycan Dövlət Musiqili Teatrında İmre Kalmanın “Silva” operettasına ictimai baxış keçirilib.

Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, əsərin süjet xəttini böyük sevgi hekayəsi təşkil edir.

Musiqili Teatrın rus bölməsinin hazırladığı yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.

2017-ci ilin yanvar ayında səhnəyə gələcək “Silva” tamaşası yeni ilin ilk premyerası olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR