Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri davam edir
# 23 dekabr 2016 14:48 (UTC +04:00)

Müdafiə Nazirliyinin 2016-cı il üçün döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüşə hazırolma səviyyəsinin yoxlanılması davam edir.

APA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, qoşunların kompleks hazırlığı çərçivəsində modernizə edilmiş bir neçə "S-125" zenit-raket qurğularından növbəti döyüş atışları icra edilib. Komplekslərdən atılan səmərəli atışlar nəticəsində bütün hədəflər aşkar edilərək məhv edilib.


Təlimdə hava məkanını pozan şərti düşmənin aşkarlanaraq onun haqqında informasiyanın döyüşü idarəetmə məntəqəsinə çatdırılması və real atəş zərbələri ilə hədəflərin dərhal məhv edilməsi tapşırığı uğurla yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən döyüş hazırlığı təlimlərində iştirak edən şəxsi heyətin praktiki vərdişləri və atışlarının nəticələri yüksək qiymətləndirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR