Silahlılar kəndlərə hücüm edib 21 nəfəri öldürüblər

Silahlılar kəndlərə hücüm edib 21 nəfəri öldürüblər
# 25 dekabr 2016 21:27 (UTC +04:00)

Konqoda silahlıların hücumu nəticəsində azı 21 dinc sakin qətlə yetirilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, üsyançı Milli Azadlıq ordusunun silahlıları Kivu əyalətində bir neçə kəndə hücum edib.

Konqo müdafiə nazirliyinin məlumatına əsasən, hərbçilər 4 silahlını məhv edib. Kivu əyalətinin rəsmisi Amisi Kolonda bildirib ki, əhali arasında ölənlərin sayının artması ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR