Şair İlyas Tapdıq dəfn olunub - YENİLƏNİB

Şair İlyas Tapdıq dəfn olunub - <span style="color: red;">YENİLƏNİB
# 26 dekabr 2016 11:39 (UTC +04:00)

Təzəpir məscidində şair İlyas Tapdıqla vida mərasimi başa çatıb.

APA-nın xəbərinə görə, vida mərasimindən sonra şair Badamdar qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.

***

Saat 13:03

Təzəpir məscidində şair İlyas Tapdıqla vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, vida mərasimində şair-yazıçılar, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, mərhumun qohumları, ailə üzvləri iştirak edir.


Vida mərasimində çıxış edən dramaturq Firuz Mustafa bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib: “Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının ağırlığı İlyas Tapdığın çiyinlərinə düşdü. İlyas Tapdıq Azərbaycan poeziyasının görkəmli nümayəndəsi idi”.

Yazıçı Əfqan İlyas Tapdığın ölümünə inana bilmədiyini söyləyib: “İlyas böyük ürək sahibi, qohumcanlı, vətəncanlı, dostcanlı bir insan idi. İlyas çoxdan əbədilik qazanıb”.

Şair Dəmir Gədəbəyli deyib ki, İ. Tapdıq dünya uşaq ensiklopediyasına düşən yeganə azərbaycanlı şair olub.

Mərhumun digər qələm yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra İ. Tapdıq Badamdar qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.

Qeyd edək ki, İ. Tapdıq dekabrın 25-də axşam saatlarında evində vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR