® Müalicəvi neft vannaları artıq Qafqaz Thermal & SPA otelində

<font color=red>® </font>Müalicəvi neft vannaları artıq Qafqaz Thermal & SPA otelində
# 27 dekabr 2016 08:00 (UTC +04:00)

Müalicəvi neft vannaları qəbul etmək istəyənlər artıq uzaq məsafə qət etmədən yollarını Qəbələ rayonunun Yengicə kəndində yerləşən 4 ulduzlu Qafqaz Thermal & SPA otelindən sala bilərlər.

Eyni neft fərqli yanaşma

Qafqaz Thermal & SPA otelində olan neftin tərkibi də ölkəmizin müxtəlif sanatoriya və tibbi müalicə mərkəzlərində olan neftin tərkibi eynidir. Otelə təşrif buyuran qonaqlar burada həm prosedur qəbul edə, həm də oteli əhatə edən təbiətdən zövq ala bilərlər. Bir çox insanlar neft vannaları qəbul etmək üçün ənənəvi yerlərə üz tuturlar. Həmin məkanlarda insan sıxlığının çox olması bir çox hallarda vannalarda olan neftin gec təmizlənməsinə və ya ümumiyyətlə yenisi ilə əvəz olunmamasına gətirib çıxarır. Belə olan halda həmin rezervuarlarda olan neftin tərkibi dəyişir və öz müalicəvi əhəmiyyətini itirir. Çünki insan neft vannası qəbul etdikdə, onun bədəni həmin neftin tərkibində olan maddələri özünə çəkir və bu da neftin tərkibinin dəyişilməsinə səbəb olur. Digər yerlərdən fərqli olaraq Qafqaz Thermal & SPA otelinin Sağlamlıq və SPA mərkəzinin neft vannaları bölümündə quraşdırılmış müasir texnoloji avadanlıqlar neftin tərkibinin hər zaman sabit qalmasını və tez bir zamanda yenilənməsini təmin edir.

Geniş vanna otaqları və istirahət zonası

Qafqaz Thermal & SPA otelində müalicəvi neft vanna otaqlarında qonaqların prosedurdan sonra istirahət etməsi üçün də şərait yaradılmışdır. Belə ki, prosedurdan sonra otaqda yerləşən istirahət güşəsində qonaqlar otel tərəfindən təqdim olunan müxtəlif bitki çaylarının, spirtsiz içkilərin dadına da baxa bilərlər. Oteldə ümumilikdə 4 vanna otağı, hər otaqda isə 2 duş kabini mövcuddur. Bu da qonaqların növbəsiz şəkildə neft vannası qəbul etməsinə şərait yaradır.

Müalicəvi neft vannalarının xeyri

Otenevroloji, dayaq hərəkət sistemi, ginekoloji, uroloji, burun - boğaz, həmçinin ürək damar xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi Naftalan neft vannalarını qəbul edə bilərlər. Həm istirahət, həm də müalicə məqsədi ilə otelə üz tutan qonaqlar, gün ərzində 1 dəfə ümumilikdə isə 10 - 12 gün vanna qəbul edə bilərlər. Neft vannaları üçün prosedur müddəti 10 dəqiqədir.

Müalicəvi isti su vannaları

Oteldə hər hansı bir tibbi səbəbdən neft vannaları qəbul edə bilməyən qonaqlar, otelin daxilində olan müalicəvi isti su vannaları qəbul edə bilərlər. SPA mərkəzinin bu hissəsində 6 ədəd isti su vanna otağı mövcuddur. Bu prosedurun müddəti 15 dəqiqədir və prosedurdan sonra faydalı mineralların bədənə hopması üçün 2 saat ərzində duş qəbul edilmir. Oteldə, müalicəvi isti su prosedurları qəbul etməklə sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və s. kimi xəstəliklərin şəfasını tapa və eyni zamanda gözəl istirahət edə bilərlər.


Qeyd edək ki, “Qafqaz Thermal & SPA” otelində ümumilikdə 72 ədəd müxtəlif otaq növləri mövcuddur. Otaqların hər biri mərkəzi havalandırma sistemi, televizor, mini bar, telefon, Wi-Fi, seyflə təchiz olunmuşdur. Bundan əlavə oteldə fəaliyyət göstərən restoran və barlarda qonaqların ixtiyarındadır. Neft vannalarını qəbul etmək istəyənlər ətraflı məlumat üçün (050) 290 28 21 / (055) 565 27 10 əlaqə saxlaya və ya otelin facebook səhifəsinə yaza bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR