Komitə sədri: “Azərbaycanda sələfi və nurçulara aid dini icmalar qeydiyyatda deyil”

Komitə sədri: “Azərbaycanda sələfi və nurçulara aid dini icmalar qeydiyyatda deyil”
# 27 dekabr 2016 09:46 (UTC +04:00)

“Azərbaycanda fəaliyyət göstərən dini icmalar arasında sələfi və nurçulara aid icma yoxdur”.

APA-nın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

M. Qurbanlı bildirib ki, dini icmaların qeydə alınmasında 50 nəfərin imzasının olması şərtdir və adı çəkilən cərəyanların heç biri bu qədər imzanı toplamayıb: “Ona görə də, hazırda bizdə nurçulara və sələfilərə məxsus dini icma qeydiyyatda deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR