Azərbaycan idmançıları 2016-cı ildə 837 medal qazanıb

Azərbaycan idmançıları 2016-cı ildə 837 medal qazanıb
# 27 dekabr 2016 11:49 (UTC +04:00)

Bu gün gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunu ilə bağlı mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, yığıncaqda idmançılarımızın arxada qalan 12 ay ərzində çıxışı müzakirə olunub.

Bildirilib ki, bu il Azərbaycan idmançıları ümumilikdə 837 medal qazanıb. Bunlardan 297-si qızıl, 250-si gümüş və 290-ı bürünc mükafat olub. İdman növləri üzrə yığma komandalarımız 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak edib. Həmçinin ölkəmizdə 203 respublika yarışları keçirilib ki, onlardan 52-si beynəlxalq xarakterli olub. Ümumilikdə 198 beynəlxalq yarışda isə atletlərimizin çıxışı təmin edilib.

Arxada qalan ili dəyərləndirən Azad Rəhimov 2017-ci ildə də ölkəmizi bir sıra yarışların gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları, “Formula-1” üzrə Qran-pri turniri və qadın voleybolçular arasında Avropa çempionatı yüksək səviyyədə təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR