Məşhur aktrisa vəfat edib

Məşhur aktrisa vəfat edib
# 28 dekabr 2016 07:09 (UTC +04:00)

Məşhur “Ulduz müharibələri” filmində “Şahzadə Lean” rolunun ifaçısı Keri Fişer vəfat edib.

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, 60 yaşlı aktrisanın ürək tutmasından öldüyü bildirilir. O, Londondan Los-Ancelesə uçan zamanı vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilərək süni nəfəs aparatına qoşulub.

“Şirin qisas”, “Cey və səssiz Bob cavab zərbəsi endirir” kimi filmlərdə çəkilən K.Fişerə məşhurluğu Corc Lukasın rejissor olduğu “Ulduz müharibələri” fantastik kinoepopeyasında ifa etdiyi “Şahzadə Lean” rolu gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR