Liviya sahillərində 900 miqrant xilas edilib

Liviya sahillərində 900 miqrant xilas edilib
# 28 dekabr 2016 19:45 (UTC +04:00)

İtaliya Sahil Mühafizəsi Xidməti sutka ərzində Liviya sahillərində 900 miqrantı xilas edib.

APA-nın “İnterfaks” istinadən verdiyi xəbərə görə, miqrantlar qəzaya uğrayan üç taxta qayıqdan xilas olunub.

Məlumata görə, Liviyadan İtaliyaya keçmək istəyənlərin əksəriyyəti Suriya, Pakistan, Eritreya, Somali və Banqladeş vətəndaşları olub.

İtaliya xarici işlər nazirliyinin məlumatına görə, 2016-cı ildə Aralıq dənizi ilə ölkəyə 180 mindən çox qeyri-qanuni miqrant keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR