"Alibaba" Azərbaycandan daxil olan sorğuların statistikasını açıqlayıb

"Alibaba" Azərbaycandan daxil olan sorğuların statistikasını açıqlayıb
# 29 dekabr 2016 12:51 (UTC +04:00)

"azexport.az" saytı "alibaba.com" portalı vasitəsi ilə Azərbaycan məhsullarına xarici bazarlardan daxil olan tələbə dair infoqramı azərbaycanlı iş adamlarına təqdim edib.

"APA-Economics" xəbər verir ki, infoqramda əks olunan məlumatlara əsasən, ötən 1 ay ərzində portal vasitəsi ilə Azərbaycandan 1500-dən artıq sorğu ilə şərab və digər içki növləri, 600-dən artıq sorğu ilə meyvə və quru meyvələr, 250-dən artıq sorğu ilə mebel və 160-dan artıq sorğu vasitəsi ilə dərman bitkiləri və biyan kökü "alibaba.com" saytında axtarış verilib.

Qeyd edək ki, bu məlumatlar "alibaba.com" saytının statistik göstəriciləri əsasında "azexport.az" saytı tərəfindən hazırlanıb. Məlumatlar "alibaba.com" istifadəçilərinin 20 fərqli ölkədən apardıqları axtarış sorğularına əsaslanır.

Əlavə edək ki, "azexport.az" dünyanın ən nüfuzlu ticarət portallarından biri olan "alibaba.com"-un qızıl üzvüdür və əldə olunan razılaşmaya uyğun olaraq "azexport.az" mütəmadi olaraq portalın statistik məlumatları əsasında xarici bazarlara dair azərbaycanlı iş adamlarına analitik məlumatlar təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR