SKMF Abşeron sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

SKMF Abşeron sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 30 dekabr 2016 07:31 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il dekabrın 28-də Abşeron rayonunun Xırdalan şəhərində işgüzar forum keçirib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR