Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir
# 30 dekabr 2016 09:33 (UTC +04:00)

Bu gün saat 11.00-dan başlayaraq, hərbi hissələrdə "Açıq qapı" günü keçirilir.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayişi etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olur, eləcə də xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR