Dünyanın ən məhsuldar futbolçusu müəyyənləşdi

Dünyanın ən məhsuldar futbolçusu müəyyənləşdi
# 30 dekabr 2016 09:34 (UTC +04:00)

2016-cı ilin ən məhsuldar futbolçuları açıqlanıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq oyunlarda 10 və daha çox qol vuranların siyahısı bəlli olub.

Qitə kubokları və millinin heyətində ən azı 10 dəfə fərqlənənlərin cədvəlində 20 futbolçu yer alıb. Planetin ən yaxşı bombardiri isə Kriştianu Ronaldodu.

Hesabında 24 qol olan hücumçu Portuqaliya millisində 13, “Real”da 11 dəfə sevinib. 2013 və 2014-cü illərdəki uğurunu təkrarlayan Ronaldo 3-cü dəfə dünyanın ən yaxşısı olub.

Argentinalı Lionel Messi 21 dəfə fərqlənib. O, yığmada 8, “Barselona”da 13 qol vurub. 3-cü olan Edinson Kavaninin hesabında 16 top var. Uruqvay millisində 9 dəfə fərqlənən hücumçu PSJ-də 7 qol vurub.

Siyahıda Azərbaycan təmsilçisi yer almayıb. Ölkəmizin ən məhsuldar futbolçusu avrokuboklarda 5 qola imza atan Teo Uiks olub. “Qəbələ”nin liberiyalı legioneri bütün qollarını klubda vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR