Vidadi Muradova “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı verilib

Vidadi Muradova “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı verilib
# 30 dekabr 2016 11:56 (UTC +04:00)

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.

”Azərxalça” ASC-dən APA-ya verilən məlumata görə, tarix üzrə fəlsəfə doktoru, professor V. Muradov xalçaçılıq tarixinə dair bir sıra elmi-fundamental tədqiqatların, monoqrafiyaların, broşürlərin, dərsliklərin, televiziya filmlərinin, həmçinin Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Təbriz, Quba, Şirvan qruplarına həsr edilmiş və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərlərin müəllifi, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur.

Tədqiqatçı-alimin rəhbərliyi ilə 2015-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş “Dərbənd xalçaçılığı” elmi-tədqiqat layihəsi həyata keçirilib. UNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrası tərəfindən dəstəklənmiş layihənin nəticəsi olaraq «Derbentskoe kovrotkaçestvo» (“Dərbənd xalçaçılığı”) monoqrafiyası nəşr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR