Bir qrup jurnalistə fəxri adlar, orden və medallar təqdim edilib

Bir qrup jurnalistə fəxri adlar, orden və medallar təqdim edilib
# 30 dekabr 2016 13:30 (UTC +04:00)


Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamları ilə televiziya və radio sahəsində xidmətlərinə görə təltif edilən bir qrup televiziya və radio işçisinə fəxri adların, orden və medalların, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun təqdim edilməsi mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov ki, 1956-cı ildə Azərbaycanda milli televiziyanın 1956-cı ildə yarandığını xatırladıb. O, qonşu Türkiyə və İranda televiziya və radionun bir neçə il sonra yarandığını söyləyib: "Şərq aləmində "Əkinçi" də ilk mətbuat orqanı olub. Mən bu gün təltif edilən jurnalistləri təbrik edirəm. İnanıram ki, siz dövlətimiz və millətimizlə bağlı fəaliyyətinizi daha inamla davam etdirəcəksiniz".

Ə. Həsənov televiziya, radio və elektron resursların dünyanın qabaqcıl media resursları ilə rəqabət aparmaq qabiliyyətinə malik olduğunu vurğulayıb: "Televiziya, radio, KİV keçmişlə gələcək nəsillər arasında körpü yaradır, inkişaf üçün yeni addımlar atmağa stimullaşdırır”.

Daha sonra bir qrup televiziya və radio işçisinə fəxri adlar, orden və medallar, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Sonda Ə. Həsənov jurnalistləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Qeyd edək ki, təltif olunanlar arasında “APA Holding”ə daxil olan APA TV-nin əməkdaşı Nəsimi Nəbizadə də var. Dövlət başçısının sərəncamı ilə N. Nəbizadəyə “Əməkdar jurnalist” fəxri adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR