Dövlət Duması Rusiyadakı Azərbaycan diasporunun fəalını mükafatlandırıb

Dövlət Duması Rusiyadakı Azərbaycan diasporunun fəalını mükafatlandırıb
# 02 yanvar 2017 23:08 (UTC +04:00)

Rusiyadakı Azərbaycan diasporunun fəalı Dövlət Duması tərəfindən mükafatlandırılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Xalqlar Dostluğu" Xeyriyyə Fondunun prezidenti Araz Mürsəliyev Rusiya Federasiyasında millətlərarası sülhün və razılığın qorunub saxlanmasında və möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Rusiya Dövlət Dumasının təşəkkürnaməsinə layiq görülüb.

Həmyerlimizə təşəkkürnaməni Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin sədri İldar Qilmutdinov təqdim edib.

Bundan başqa Araz Mürəsliyev çox millətli Rusiyada aktiv vətəndaş mövqeyinə, sosial, ictimai və xeyriyyəçilik fəaliyyətinə, millətlərarası və konfensiyalararası sülhün qorunmasında və möhkəmlənməsində xidmətlərinə görə Moskva meriyasının Milli Siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri Vitali Suçkov tərəfindən də təşəkkürnaməyə layiq görülüb.

Rusiya Federasiyası Millətlərlə iş üzrə Federal Agentliyinin rəhbəri İroq Barinov isə həmyerlimizə Rusiyada xalqlar arasında dostluğun möhkəmlənməsinə və "Xalqlar dostluğu xiyabanı" ümumrusiya millətlərarası aksiyasının keçirdiyinə görə təşəkkür məktubu göndərib.

Qeyd edək ki, Araz Mürsəliyev Rusiya Xalqlar Assambleyası Şurası Ümumrusiya İctimai Təşkilatının sədr müavini, Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, "Yedinnaya Rossiya" fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. Onun rəhbərlik etdiyi "Xalqlar Dostluğu" Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR