Əlcəzairdə partlayış baş verib, 1 azyaşlı ölüb, 7-si yaralanıb

Əlcəzairdə partlayış baş verib, 1 azyaşlı ölüb, 7-si yaralanıb
# 03 yanvar 2017 00:28 (UTC +04:00)

Əlcəzairdə əldəqayırma bombanın partlaması nəticəsində 8 yaşlı uşaq ölüb, daha yeddi azyaşlı müxtəlif dərəcəli xəsarət alıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Blida əyalətində qeydə alınıb.

Xəsarət alan uşaqlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti barədə məlumat verilmir.

Əlcəzair polisi faktla bağlı araşdırmalara başlayıb. İlkin ehtimala əsasən, partlayıcı qurğu 90-cı illərdə Blida əyalətində gizlənən silahlılara məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR