Belarusda yeni neft yatağı kəşf edilib

Belarusda yeni neft yatağı kəşf edilib
# 03 yanvar 2017 21:05 (UTC +04:00)

Belarusun Homel vilayətində 1,6 mln. tondan çox ehtiyatı olan yeni neft yatağı kəşf edilib.

APA-nın “Sputnik Belarus”a istinadən verdiyi xəbərə görə, bu barədə “Belarusneft” neft-qaz istehsalat birliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, “Uqolskoye” adı verilmiş yeni yataq dərinlikdə yerləşdiyindən işlədilməsi çətin hesab edilən yataqlara aiddir.

Yatağın ehtiyatlarına dair daha dəqiq proqnozları kəşfiyyat quyusu qazıldıqdan sonra vermək mümkün olacaq.

Xatırladaq ki, 2015-ci ilin avqustunda həmin ərazidə 350 min tondan çox ehtiyatı olan neft yatağı kəşf edilib.

Qeyd edək ki, Belarusda, ümumilikdə, 65 neft yatağı tədqiq edilib, onlardan 39-u işlənilir. Belarusun neft hasilatın illik həcmi təxminən 1,645 mln. ton təşkil edir. Hasil edilən neftin çoxu əsasən Almaniyaya və digər Avropa ölkələrinə ixrac olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR