Bakı-İstanbul aviareysi təxirə salınıb

Bakı-İstanbul aviareysi təxirə salınıb
# 05 yanvar 2017 13:59 (UTC +04:00)

Bu gün Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına yerinə yetirilməli olan aviareys təxirə salınıb.

"APA-Economics" xəbər verir ki, aviareys Bakı vaxtı ilə saat 06:10-da "Türk Hava Yolları" şirkəti tərəfindən yerinə yetirilməli idi.

Türkiyənin "Anadolu" agentliyi isə yazır ki, qonşu ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən 6-7 yanvar tarixlərində Sabiha Gökçen hava limanına olan aviareyslərin sayı 20-25% azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR