Naxçıvan Ali Məclisinin dördüncü sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin dördüncü sessiyası çağırılıb
# 06 yanvar 2017 05:58 (UTC +04:00)

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası çağırılıb.

APA-nın məlumatına görə, Ali Məclisin qərarı ilə dördüncü sessiya 2017-ci il yanvar ayının 7-də Naxçıvan şəhərində keçiriləcək. Sessiyanın müzakirəsinə 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin təsdiq edilməsi, “İnsan orqan və ya toxumalarının transplantasiyası” haqqında Naxçıvan Muxtar Respublikası qanununun qəbul edilməsi, Naxçıvan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR