Heydər Əliyev Sarayında Gürcüstan sənətçilərinin konserti keçiriləcək

Heydər Əliyev Sarayında Gürcüstan sənətçilərinin konserti keçiriləcək
# 06 yanvar 2017 08:51 (UTC +04:00)

Yanvarın 27-də Heydər Əliyev Sarayında Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Gürcüstanın sehrli ritmləri” adlı konsertdə Gürcüstanın tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Eliashvili, Aysel Məmmədova və beynəlxalq müsabiqələrin laureatları və qalibləri olan “Martve”, “Samefo”, “Didgori” mahnı və rəqs ansamblları iştirak edəcəklər.

Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR