Belarusda monastırın baş rahibəsi qətlə yetirilib

Belarusda monastırın baş rahibəsi qətlə yetirilib
# 06 yanvar 2017 09:51 (UTC +04:00)

Belarusun Svyato-Kseniyevsk monastırının baş rahibəsi qətlə yetirilib.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Belarus dini idarəsinin sözçüsü Sergey Lepin bildirib.

“Vasilissa ananın öldürülməsi faktını təsdiqləyə bilərəm. Çox güman ki, ona rahibə olmaq istəyən çoxsaylı monastır üzvlərindən biri hücum edib”, - deyə o bildirib.

Artıq hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gediblər. Vasilissa ana 2004-cu ildən Svyato-Kseniyevsk monastırın baş rahibəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR