Azərbaycan yığmasına Rusiyadan legioner gətirilir

Azərbaycan yığmasına Rusiyadan legioner gətirilir
# 06 yanvar 2017 10:05 (UTC +04:00)

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinə yenə legioner cəlb edilə bilər. Bunu apasport.az saytına Rusiya Cüdo Federasiyasının Şimal-Qərb bölgəsi üzrə rəhbəri Elman Qurbanov deyib.

O bildirib ki, 6 yaşından şəxsi məşqçisi olduğu Kseniya Tuquşi millimizin heyətində çıxış edə bilər.

Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi seminarla əlaqədar hazırda Azərbaycan paytaxtında səfərdə olan mütəxəssis bildirib ki, 23 yaşlı idmançının keçidi ilə bağlı danışıqlar da aparacaq: "Tuquşi milliyyətcə gürcüdü, 48 kq və 52 kq çəki dərəcəsində iki dəfə Rusiya çempionatının bürünc mükafatçısı, gənclər arasında Rusiya Kubokunda gümüş və bürünc mükafatçı olub, Avropa Kubokunda çıxış edib. Həmçinin, Rusiyada spartakiadanın qalibidi. Bilirəm ki, Azərbaycanda qadın cüdoçulara böyük ehtiyac var. Mən də öz ölkəmə əlimdən gələn köməyi göstərmək üçün yetirməm olan Kseniyanı təklif etmişəm. Hazırda Azərbaycan Cüdo Federasiyası ilə danışıqlar gedir. Alınsa, onu Bakıya gətirəcəyəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR