FİFA alternativ mükafat təsis edib

 FİFA alternativ mükafat təsis edib
# 06 yanvar 2017 18:48 (UTC +04:00)

FIFA öz versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verəcəyi mükafatı təqdim edib.

Apasport.az saytının məlumatına görə, mükafat “The Best” (“Ən yaxşı”) adlanır.

Məlumdur ki, bu ildən etibarən “Balon D`Or” (“Qızıl top”) mükafatını yenidən “France Football” jurnalı təqdim edir. Jurnalın apardığı sorğuya əsasən, 2016-cı ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib.

Ali futbol qurumu isə öz mükafatını yanvarın 9-da Sürixdə təşkil olunacaq mərasimdə təqdim edəcək. Mükafata iddialı 3 futbolçu var: Lionel Messi, Kriştiano Ronaldo və Antuan Qrizman.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR