Qüdsdə 4 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnən terror aktını törətmiş cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib.
APA-nın xəbərinə görə, bu barədə İsrail polisinin rəsmi nümayəndəsi “Tvitter”-də yazıb.
Məlumata görə, terror aktı mənşəcə ərəb olan, 28 yaşlı Fadi Kunbar tərəfindən törədilib.
Qeyd edək ki, ötən gün Qüdsdə naməlum şəxs yük maşınını İsrail hərbçilərinin üzərinə sürüb. Nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Yük maşınının sürücüsü öldürülüb. İsrail hökuməti hadisəni terror aktı kimi dəyərləndirib.