İsrailin prezidenti Gürcüstana səfər edib

İsrailin prezidenti Gürcüstana səfər edib
# 09 yanvar 2017 00:45 (UTC +04:00)

İsrailin prezidenti Reuven Rivlinin Gürcüstana rəsmi səfəri başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan prezidentinin administrasiyası açıqlama yayıb.

Məlumata görə, Reuven Rivlin prezident Giorgi Marqvelaşvilinin dəvəti ilə Tiflisə gəlib.

İki gün davam edən səfər çərşivəsində İsrail prezidenti gürcüstanlı həmkarı, baş nazir Giorgi Kvirikaşvili və parlamentin spikeri İrakli Kobaxidze ilə görüşəcək.

Qeyd olunur ki, İsrail prezidentinin Gürcüstana səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR