İordaniyada ABŞ hərbçisi naməlum şəraitdə ölüb

İordaniyada ABŞ hərbçisi naməlum şəraitdə ölüb
# 09 yanvar 2017 04:05 (UTC +04:00)

İordaniyada ABŞ hərbçisi ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, Texaş ştatından olan İsaya Buker yanvarın 7-də həyatını itirib. Ölümün hərbi əməliyyatlarla bağlı olmadığı vurğulanır. Əsgər ölümü ilə əlaqədar araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 4-də İordaniyanın paytaxtı Əmmanda hərbi aviabazanın mühafizəçiləri ilə atışmada 3 ABŞ hərbi qulluqçusu güllələnib. İordaniya mətbuatının yazdığına əsasən, o zaman postda ABŞ əsgərlərinin avtomobili saxlamamasına görə, yerli əsgərlər onlara atəş açmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR