“Qızıl qlobus”un laureatları açıqlanıb

“Qızıl qlobus”un laureatları açıqlanıb
# 09 yanvar 2017 07:16 (UTC +04:00)

“La-La Lend” filmi “Ən yaxşı komediya və ya müzikl” nominasiyasında “Qızıl qlobus” mükafatını alıb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, film “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor işi, musiqi və orijinal mahnı” nominasiyalarında da mükafata yiyələnib. Əsas rolların ifaçıları Rayan Qoslinq və Emma Stoun da “Qızıl qlobus”a layiq görülüblər.


”Ən yaxşı dramatik film” adına “Ay işığı”, “Dəniz sahilində Mançester” filmində rol alan Keysi Afflek “Ən yaxşı drama aktyoru”, “O” filmində rol alan İzabel Yupper “Ən yaxşı drama aktrisası” adını qazanıblar.


“Tac” filmi “Ən yaxşı dramatik serial”, “Zveropolis” isə “Ən yaxşı animasiya filmi” seçilib.


Sayca 74-cü “Qızıl qlobus” mükafatının təltifetmə mərasimi Los-Anceles şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR