Neftçilər prospektində iki qatar relsi sökülüb

Neftçilər prospektində iki qatar relsi sökülüb
# 09 yanvar 2017 12:34 (UTC +04:00)

İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, bununla da həmin hissədə sökülən relslərin sayı 2-yə çatıb.

"Azəravtoyol" tərəfindən aparılan işlər zamanı istifadə istifadəsiz qatar relsləri sökülərək, yeri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.

Qatar relsləri şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR