Azərbaycan yığması Litvaya məğlub olub

Azərbaycan yığması Litvaya məğlub olub
# 09 yanvar 2017 14:02 (UTC +04:00)

FİFA-nın I vitse-prezidenti (1955-1979) Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir davam edir. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk sınağına çıxıb.

C qrupunda yer alan yığmamızın baltikyanı ölkə komandası ilə görüşü uğursuz alınıb. Birinci hissənin son dəqiqəsində rəqib hesabı açsa da, fasilədən sonra Doğukan Öksüz (55-ci dəqiqə) təmsilçimizin bərabərlik topunu vurub. Buna baxmayaraq, cəmi 4 dəqiqə sonra növbəti dəfə önə keçən litvalılar görüşdən 2:1 hesablı qalibiyyətlə ayrılıblar.

Qeyd edək ki, komandamız buna qədər turnir çərçivəsində Litva ilə iki dəfə görüşmüşdü. 2012-ci ildə baş tutan və 1:1 hesabı ilə nəticələnən ilk oyunda rəqib penaltilər seriyası (6:5) hesabına qalib gəlmişdisə, millimiz 2013-cü ildə 3:2 hesablı qələbəyə sevinmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR