Müxalifət lideri SOCAR-a görə yunan hökumətini sərt tənqid edib

Müxalifət lideri SOCAR-a görə yunan hökumətini sərt tənqid edib
# 09 yanvar 2017 14:09 (UTC +04:00)

Yunanıstan müxalifətinin liderlərindən biri olan Dora Bakoyanni ölkənin qazpaylayıcı operatoru olan DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməməsi üçün hökuməti sərt tənqid edib.

"APA-Economics" yunan mətbuatına istinadən xəbər verir ki, xanım millət vəkili parlamentdə çıxış edərkən energetika naziri Giorgios Stafakis və iqtisadiyyat naziri Dimitris Papadimitriuya üzünü tutaraq bildirib ki, hökumət DESFA-nın özəlləşdirilməsi prosesini "batırdı". "DESFA-nın özəlləşdirilməsindən sonra SOCAR-dan əldə olunacaq vəsait 2017-ci il üçün dövlət büdcəsində əksini tapıb. Lakin hökumətin iqtisadi blokunun səriştəsizliyi səbəbindən büdcəmizə 188 mln. avro az vəsait daxil olacaq", - deyə o bildirib.

Deputat iqtisadiyyat nazirinin diqqətinə çatdırıb ki, bu cür hallar ölkə iqtisadiyyatına investisiya qoyuluşuna mənfi təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR