ABŞ hərbi gəmisi İran katerlərinə atəş açıb

ABŞ hərbi gəmisi İran katerlərinə atəş açıb
# 09 yanvar 2017 15:06 (UTC +04:00)

ABŞ hərbi gəmisi İran donanmasına məxsus 4 hərbi katerinə xəbərdarlıq atəşi açıb.


APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi ABŞ hərbçilərinə istinadən məlumat yayıb.

Hörmüz boğazında baş verən insidentə səbəb İrana məxsus katerlərin yüksək sürətlə ABŞ hərbi gəmisinə yaxınlaşması olub.

Məlumatda bildirilir ki, ABŞ gəmisi “USS Mahan” əvvəlcə İran katerləri ilə rabitə əlaqəsi yaradaraq onlara xəbərdarlıq edib. Sonra ABŞ-a məxsus hərbi herlikopter İran katerlərinə tərəf duman işarəsi atıb. Lakin bu xəbərdarlıqlar nəticəsiz qalıb. İranlılar 800 metr məsafəyə qədər yaxınlaşdıqda ABŞ gəmisi onlara tərəf 3 xəbərdarlıq atəşi açıb.

Qeyd edək ki, analoji insident keçən ilin avqustunda da baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR