Kolumbiyada körpünün uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Kolumbiyada körpünün uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 10 yanvar 2017 03:39 (UTC +04:00)

Kolumbiyada asma körpünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin xilasedici xidmətləri məlumat verib.

Bundan əvvəl 7 nəfərin öldüyü, 13 nəfərin xəsarət aldığı bildirilirdi.

Faciə Vilyavisensio şəhərində baş verib. Ölənlər arasında anasının qoynunda olan yaş yarımlıq körpə də var. Qəza baş verdiyi an körpüdə 30-a yaxın insan olub. Asma körpünün hündürlüyünün 10-15 metr təşkil etdiyi bildirilir. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

***

23:48

Kolumbiyanın Vilyavisensio şəhərində asma körpü uçub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Məlumata görə, qəza baş verdiyi an körpüdə 30-a yaxın insan olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Körpünün uçmasının səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR