Buenos-Ayresdə Lionel Messinin heykəli sındırılıb

Buenos-Ayresdə Lionel Messinin heykəli sındırılıb
# 10 yanvar 2017 02:03 (UTC +04:00)

Argentinanın paytaxtı Buenos-Ayresdə naməlum şəxslər məşhur futbolçu Lionel Messinin heykəlini sındırıblar.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, heykəlin yuxarı hissəsi kəsilib, postamentdə yalnız idmançının ayaqları qalıb.

Bildirilir ki, yerli hökumət artıq heykəlin bərpası istiqamətində müvafiq işlərə başlayıb.

Qeyd edək ki, 2014-cü ildə vandallar Argentinanın paytaxtında Lionel Messi, Dieqo Maradona və Qabriel Batistutanın heykəllərini zədələmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR