Səudiyyə Ərəbistanı 2,6 milyon zəvvarı qəbul etməyə hazırlaşır

Səudiyyə Ərəbistanı 2,6 milyon zəvvarı qəbul etməyə hazırlaşır
# 10 yanvar 2017 08:23 (UTC +04:00)

Səudiyyə Ərəbistanı hökuməti zəvvarların sayının artırılması üçün müvafiq tədbirlər görməyə hazırdır.

APA-nın Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin mədəniyyət və informasiya naziri Adil bin Zeyd at-Tarifi deyib.

O bildirib ki, bu il zəvvarların sayının 2,6 milyon çatacağı gözlənilir.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanda müqəddəs yerləri 1,8 milyon zəvvar ziyarət edib. Zəvvarların sayını Məkkədə əsas məscidin təmiri ilə bağlı aparılan işlərlə əlaqədar 5 il müddətində qüvvədə olan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra artırmaq mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR