Fransa Avropa çempionatından 1,22 milyard avro qazanc götürüb

Fransa Avropa çempionatından 1,22 milyard avro qazanc götürüb
# 10 yanvar 2017 09:07 (UTC +04:00)

Futbol üzrə 2016-cı il Avropa çempionatına ev sahibliyi etmiş Fransanın turnirdən qazancı açıqlanıb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, fransızlar ötən il keçirilmiş qitə birinciliyindən 1,22 milyard avro gəlir əldə ediblər.

Araşdırmalara əsasən, turnir zamanı Fransaya 613 min turist səfər edib. Orta hesabla onların hər biri ölkədə 7-9 gün qalıblar və bu müddətdə günə 154 avro xərcləyiblər.

Məlumatın Fransanın İdman Nazirliyi tərəfindən rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, futbol tarixi ərzində ilk dəfə 24 komandanın iştirakı ilə baş tutan AÇ-2016 10 iyun-10 iyul tarixlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR