Ankara Çağdaş Sənət Mərkəzinin sərgi zalına Andrey Karlovun adı verilib

Ankara Çağdaş Sənət Mərkəzinin sərgi zalına Andrey Karlovun adı verilib
# 10 yanvar 2017 09:50 (UTC +04:00)

Ankara Çağdaş Sənət Mərkəzinin sərgi zalına 2016-cı il dekabrın 19-da burada öldürülən Rusiya səfiri Andrey Karlovun adı verilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu mərkəzin yerləşdiyi Ankaranın Çankaya rayon bələdiyyəsinin sədri Alper Taşdələn deyib. “Terrorçuluq bütün bəşəriyyətə qarşı olan bir cinayətdir. Terrorçunun dini və milliyyəti yoxdur, biz onların hamısını qınayırıq. Karlovun xatirəsi həmişə bu zalda yaşıyacaq”.

Qeyd edək ki, Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə də Andrey Karlovun adı verilib. Bu təşəbbüslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Çağdaş Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR