Haşimi Rəfsəncani İmam Xomeyni məqbərəsində dəfn olunub

Haşimi Rəfsəncani İmam Xomeyni məqbərəsində dəfn olunub
# 10 yanvar 2017 12:04 (UTC +04:00)

İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün Tehran Universitetində cənazə namazı qılındıqdan sonra İmam Xomeyni məqbərəsində dəfn olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, cənazə namazında İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi də iştirak edib.

Dəfn mərasiminə qatılanlar arasında hökumət, ictimaiyyət nümayəndələri, ordu rəhbərləri, səfirlər, bir sıra ölkələrin rəsmiləri də olub.

Qeyd edək ki, İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR