Prezident İlham Əliyev: "Azərbaycan İslam aləmində çox böyük hörmətə malik ölkədir"

Prezident İlham Əliyev: "Azərbaycan İslam aləmində çox böyük hörmətə malik ölkədir"
# 10 yanvar 2017 12:00 (UTC +04:00)

“Bu il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Bunun çox böyük mənası var”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycan bu oyunları keçirməklə bir daha öz gücünü, imkanlarını göstərəcək, dini dəyələrinə sadiqliyini nümayiş etdirəcək: “Çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdır.

Azərbaycan İslam aləmində çox böyük hörmətə malik ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri ölkəmiz haqqında necə yüksək qiymət verirlər! Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşır. Nəyə görə? Çünki bizim siyasətimiz səmimi, düzgün, ədalətli, prinsipial və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR