Tarif Şurası: Qazla bağlı köhnə borclar üzrə hesablaşmalar əvvəlki tariflərlə həyata keçirilməlidir

Tarif Şurası: Qazla bağlı köhnə borclar üzrə hesablaşmalar əvvəlki  tariflərlə həyata keçirilməlidir
# 10 yanvar 2017 16:47 (UTC +04:00)

Təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

Bu barədə APA-ya Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumatda deyilir.

Bildirilir ki, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR