Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Yanvar
# 10 yanvar 2017 18:35 (UTC +04:00)

Gözlənilən baş verdi... Türkiyə Konstitusiyasına dəyişikliklər paketinin müzakirəyə çıxarılmasına dair səsvermədən sonra ən çox müzakirə olunan məsələ bu oldu - AKP və MHP-dən neçə nəfər partiya iradəsinin əleyhinə çıxacaq...? AKP üzvləri müzakirələrin lehinə səs verdiklərini isbatladılar, yaxud isbatlamağa çalışdılar... MHP-də isə durum fərqlidir... Dörd millət vəkili və partiyadan xaric edilmiş Ümit Özdağ paketin əleyhinə səs verəcəklərini əvvəlcədən bəyan etsələr də, ümumilikdə MHP-dən 18 nəfərin "yox" dediyi ortaya çıxdı... Bu gözləntiləri alt-üst edən yeganə məqamdır... Müxaliflər hesab edir ki, ilk səsvermədə 18 nəfərin Baxçalının iradəsi əleyhinə səs verməsi bu sayın artacağına işarədir... Konstitusiyaya dəyişikliklərlə bağlı prosesin uğursuzluğa düçar olması 9 nəfərdən asılıdır... Əgər ilk səsvermədə lehinə səs vermiş deputatlardan 9 nəfər son səs vermədə fikrindən daşınsa, bu məsələ bitmiş sayılacaq... Hesablamalar yalnız təxminlərə əsaslanır, çünki səsvermədə CHP millət vəkillərinin də bir hissəsi deyəsən iştirak etməyib... Səbəbi də təxmin etmək olar - CHP üzvləri AKP-dən referendum paketi əleyhinə səs verənləri "qorumaq" üçün bu addımı ata bilərlər... Prosesləri izləməkdə davam edirik, yaxın iki həftə Türkiyənin siyasi həyatı çox zəngin olacaq.

Vüqar HÜSEYNOV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR