MDU-nun rektoru Vladimir Putinlə görüşdə ali məktəbin Bakı filialından danışıb

MDU-nun rektoru Vladimir Putinlə görüşdə ali məktəbin Bakı filialından danışıb
# 10 yanvar 2017 17:47 (UTC +04:00)

"Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanın ən yaxşı universitetidir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu M.V. Lomonosov adına MDU-un rektoru Viktor Sadovniçi Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.

Rektor dövlət başçısını MDU-nun inkişaf proqramının həyata keçirilməsi və ali məktəbin filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı məlumatlandırıb.

"Bizim Bakı filialımız üçün ayrıca kampus tikilib. Azərbaycanın ən yaxşı universitetidir. Burada 6 fakültə var, 500 tələbə - Azərbaycanın elitası təhsil alır", - deyə V. Sadovniçi bildirib.

Rektor ümumilikdə MDU-nun filiallarında 3 min tələbənin təhsil aldığını qeyd edib: "Mühüm olan odur ki, biz rus dilində öyrədirik. MDU-nun diplomunu veririk. Filialları bitirənlər həmin respublikalarda qalaraq orada işləyirlər. Yəni ki, biz dostlarımızı hazırladığımıza ümid edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR