Məhkəmə Pan Qi Munun qardaşı və qardaşı oğlunu rüşvətxorluqda ittiham edib

Məhkəmə Pan Qi Munun qardaşı və qardaşı oğlunu rüşvətxorluqda ittiham edib
# 11 yanvar 2017 00:43 (UTC +04:00)

Nyu-York məhkəməsi BMT-nin sabiq baş katibi Pan Qi Munun qardaşı və qardaşı oğluna qarşı rüşvətxorluq ittihamı irəli sürüb.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, cinayət işi Vyetnamda binalar kompleksini 800 mln. dollara satmaq cəhdi ilə bağlıdır.

İttiham Pan Qi Munun Nyu-Yorkda daşınmaz əmlakın satışı agenti vəzifəsində çalışan qardaşı oğlu Çu Xön Pan və eks – baş katibin doğma qardaşı Pan Qi Sana qarşı irəli sürülüb. Onun Cənubi Koreyanın “Keangnam Enterprises Co Ltd.” şirkətində baş müşavir vəzifəsində çalışdığı bildirilir.

Hər iki şəxsin əlbir olaraq Yaxın Şərq ölkələrinin rəsmi nümayəndələrinə qarşı korrupsiya hərəkətlərinə yol verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR