Neft 4% ucuzlaşdıqdan sonra bahalaşır

Neft 4% ucuzlaşdıqdan sonra bahalaşır
# 11 yanvar 2017 06:05 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar artaraq 50,97 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 53,75 dollar olub.

Ötən gün neftin qiyməti kəskin azalma dinamikası nümayiş etdirib. Belə ki, Brent və WTI markalı neft 3,8% dollar ucuzlaşıb. Brent markalı neftin qiyməti ötən ilin dekabr ayının 16-dan etibarən 54 dollar səviyyəsindən aşağı düşüb. Neftin ucuzlaşmasının əsas səbəbi bazarda disbalansın yaranmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR