Lirə manata nisbətən 3% ucuzlaşıb

Lirə manata nisbətən 3% ucuzlaşıb
# 11 yanvar 2017 06:31 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 10-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,56% zəifləyərək 1,8719 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,34% ucuzlaşaraq 0,0295 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 2,68% zəifləyərək 0,4648 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1575 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,1%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,05% möhkəmlənərək 0,6472 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR