Xalası qızına qarşı 49 min manatlıq dələduzluq edən qadın və tanışına hökm oxunub

Xalası qızına qarşı 49 min manatlıq dələduzluq edən qadın və tanışına hökm oxunub
# 11 yanvar 2017 13:14 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavahir Babayeva və Fuad Məmmədbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, C. Babayeva 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

F. Məmmədbəyli isə 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən C. Babayeva tanışı F. Məmmədbəyli ilə birlikdə xalası qızı Zahidə Hüseynovanın 49 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR