Milli komandamız yenə qələbə qazana bilməyib

Milli komandamız yenə qələbə qazana bilməyib
# 11 yanvar 2017 14:39 (UTC +04:00)

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2-ci sınağına çıxıb.

Komandamızın Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan ənənəvi beynəlxalq yarışdakı rəqibi Qazaxıstan olub. İlk turda “basketbol ölkəsi” olan Litvaya 1:2 hesabı ilə uduzan Təbriz Həsənovun yetirmələri 1-8-ci yerlər uğrunda mübarizəni davam etdirmək üçün mütləq xal əldə etməli idi.

Qarşılaşmada hesabı Qazaxıstan açsa da, fasilə ərəfəsində Rafael Məhərrəmli bərabərlik qolunu vurub. İkinci hissənin əvvəlində rəqib yenidən önə keçib. Buna baxmayaraq, sona 8 dəqiqə qalmış bu dəfə Fərid Nəbiyev səhnəyə çıxıb və yığmamıza 1 xalı qazandıran qola imza atıb - 2:2.

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

II tur, C qrupu


Qazaxıstan – Azərbaycan - 2:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR